Simsar.az | bizi özünüzə Simsar bilin
Kral sarayına hücum

Saraya xeyli maddi ziyan dəyib

İyunun 7-nə keçən gecə Bakıda sayılıb-seçilən şadlıq saraylarından olan “Kral” şadlıq sarayına hücum olub. Bu barədə Simsar.az-a Nərimanov rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, gecə saatlarında naməlum şəxs və ya şəxslər Şəmsi Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Kral” sarayına hücum edib. Daş və digər vasitələrlə şadlıq sarayının şüşələrini sındıran naməlum şəxs və ya şəxslər əməllərini həyata keçirəndən sonra aradan çıxıblar.


Xoşbəxtlikdən hadisə zamanı şadlıq sarayında kimsə xəsarət almayıb. Şadlıq sarayına isə xeyli maddi ziyan dəyib.

Məsələ ilə bağlı dərhal polisə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanılıb. Hadisəni törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır.

7 İyun, 2011  17:19 Baxılıb: 1147

Bu bölmədə