Simsar.az | bizi özünüzə Simsar bilin
Qəbələdə kişi arvadının başını kəsdi

Qəbələdə qətl törədilib. Simsar.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

20 May, 2019  17:50 Baxılıb: 911

Bu bölmədə