Simsar.az | bizi özünüzə Simsar bilin
Hava qeyri sabit keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. 

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 24-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 7-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.


Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əlverişlidir.

7 İyun, 2011  15:55 Baxılıb: 1095

Bu bölmədə