Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağ"ın istirahəti başa çatdı

Ağdam klubu hazırlıqlara başladı

"Qarabağ" mövsümün hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, 2010-2011 mövsünü bürünc medalla başa vuran Ağdam klubunun heyəti bu gün klubun bazasıda toplaşana başlayıb.
Komanda günü iki məşqlə başa vurub. "Qarabağ" iyunun 7-8-də Bakıda gündə iki məşq keçəcək. İyunun 9-u isə "Qarabağ" təlim-məş toplanışı üçün Türkiyəyə yollanacaq və iyunun 23-nə qədər Ankara yaxınlığında yerləşən Qızılcahamam qəsəbəsində təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, "Qarabağ"ın bütün futbolçuları düşərgəyə qayıtmayıb. Makedoniyalı Nderim Nedzipi və serb Bojan Pavloviç artıq "Qarabağ"ın düşərgəsindədi. Fərqli millinin düşərgələrində olan 10-dan çox futbolçu isə toplanışa bir qədər gec qatılacaq. Milli futbolçulara baş məşqçi Qurban Qurbanov iyunun 13-nə kimi istirahət verib.

7 İyun, 2011  01:52 Baxılıb: 1067

Bu bölmədə