Simsar.az | bizi özünüzə Simsar bilin
Mübariz Mənsimovun təyyarəsi məcburi endirildi

 Həmin vaxt səmada olan 112 bu model təyyarə endirilib.

Avropa Hava Nəqliyyatında Təhlükəsizlik Agentliyi (EASA) dünyadakı bütün “Alkon 7X” model təyyarələrin təcili olaraq yerə endirilməsini tələb edib.

Simsar.az-ın “Teleqraf”a istinadən verdiyi məlumata görə, həmin vaxt Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova aid olan “Falkon 7X” təyyarəsi də səmada imiş. Təhlükə sonrası təyyarəyə eniş əmri verilib və M.Mənsomovun təyyarəsi Qaziantep hava limanına düşüb.

Məlumatda bildirilir ki, təhlükə xəbərdarlığının səbəbi Malayziyada “Falkon 7X” təyyarəsi səmada olarkən baş verən texniki nasazlıq olub. Dərhal xüsusi şifrə ilə bütün dünyaya bununla bağlı məlumat verilib və həmin vaxt səmada olan 112 bu model təyyarə endirilib.
Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətlər qrupunun daha iki “Falkon” təyyarəsi var. Lakin həmin təyyarələr 9-cu seriyadan olduğundan qadağaya məruz qalmayıb. Şirkətə məxsus “Falkon 7X” isə hələlik Qaziantep hava limanında qalacaq və yalnız icazə verildikdə havaya qalxacaq.

Qeyd edək ki, bu təyyarələr 14 sərnişin tutur və saatda 953 kilometr sürətə malikdir. Təyyarə eniş etmədən 15 min 545 metr məsafə qət etmək iqtidarındadır. Türkiyədə yalnız Mübariz Mənsimovda olan bu hava gəmisinin qiyməti isə 50 milyon dollardır.

7 İyun, 2011  01:48 Baxılıb: 1267

Bu bölmədə