Simsar.az | bizi özünüzə Simsar bilin
Təhsil Nazirliyinin əməkdaşının saxlanılmasına aydınlıq gətirilib

“Təhsil Nazirliyində əməkdaşın saxlanması ilə bağlı baş verən proseslər nazirliyin öz təşəbbüsü ilə başlayıb”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib. 

O bildirib ki, bu il mayın 7-də Təhsil Nazirliyi Rafiq Hüseynov adlı bir şəxsin təhsil sahəsi üzrə dövlət sənədlərini saxtalaşdırması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edib. Həmin müraciət əsasında R. Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. B. Hüseynzadə təhsil işçisi olmayan R. Hüseynovun “fırıldaqçı” olduğunu deyib: “Bu gün isə nazirliyin Orxan Kərimov adlı əməkdaşı şübhəli şəxs qismində saxlanılıb. Hamı bilməlidir ki, bu işlər Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilib”.

7 İyun, 2011  01:46 Baxılıb: 1106

Bu bölmədə