Simsar.az | bizi özünüzə Simsar bilin
Arşavin: Bakıda çox gözəl final olacaq

Əminəm ki, Bakı həm komandaları, həm də azarkeşləri möhtəşəm səviyyədə qarşılayacaq və bu, UEFA Avropa Liqasının çox gözəl finalı olacaq. Bunu tanınmış rusiyalı futbolçu, Əməkdar idman ustası Andrey Arşavin “AzərTac” müxbiri ilə söhbətində bildirib.

“Düşünürəm ki, komandalar üçün yeganə çətinlik – uçuşun uzun olmasıdır. Qalan şeylərdə heç nə ilə fərqlənmir. Bir ay əvvəl mən Bakıdakı stadionda olmuşam. Böyük, müasir stadiondur. Söz verdilər ki, meydan yüksək səviyyədə olacaq. Futbolçuları üçün ən vacib olan elə budur”, - deyə A.Arşavin bildirib.

Futbolçu Bakıda turistə lazım olan hər şeyin olduğunu vurğulayıb:“Çox gözəl, təmiz şəhərdir, hər dəfə gələndə, daha da yaxşılaşdığının şahidi oluram. Möhtəşəm Xəzər, dadlı təamlar... Turistə lazım olan nə varsa, Bakıda var”.

Azərbaycan futbolu haqqında da söz açan A.Arşavin “Qarabağ” futbol klubunun oyununu qeyd edib. “Sizin komandanın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi bütövlükdə Azərbaycan üçün böyük nailiyyətdir”, - deyə Arşavin bildirib.

 

14 May, 2019  14:27 Baxılıb: 184

Bu bölmədə