Simsar.az | bizi özünüzə Simsar bilin
Kitab mükafatının qalibi 3 min manatı atasının müalicəsinə xərcləyəcək

“Bu pul onun əməliyyat xərclərinin yanında kiçik bir şeydir”

Yazdığı  “Yad Dildə” romanına görə Milli Kitab Mükafatının qalibi olan, Pərviz Cəbrayılov 
3 min manat mükafatı atasının müalicəsinə xərcləyəcək.

“ Hələ pulu xərcləməmişəm. Atam əməliyyat olunub. Bu pul onun əməliyyat xərclərinin yanında kiçik bir şeydir. Bu pulu təbii ki, ora verəcəyəm. Gedirəm atamı qarşılamağa. Amma orada elan olunandan sonra fürsət tapıb çölə çıxdım və atama zəng edib dedim. Təbii ki, o çoxdan bilirdi. Gözləyirdi. Yəni onun xəbəri eşidən kimi sevincindən hönkür-hönkür ağlaması mənimçün dünyada bütün qələbələrdən üstündür. Qələbə ona görə gözəl oldu ki, atamı, yaralı bir adamı sevindirə bildim. Mənimçün onun gözəlliyi odur” deyə, P.Cəbrayılov bildirib.

Qeyd edək ki, P.Cəbrayılovun birinci yerə çıxması Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid və Çingiz Abdullayev tərəfindən narazılıqla qarşılanıb.

6 İyun, 2011  22:55 Baxılıb: 1241

Bu bölmədə