Bu 4 restoran bağlana bilər - ADLARI
Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərmov deyib. V.Kərmovun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində keçirilən monitorinq zamanı təmizləyici qurğular quraşdırmayan 4 obyekt müəyyənləşib:"Həmin obyektlər Sumqayıtda "Green House", "Dədə Qorqud", "Qubadlı" şadlıq sarayları və Bakıda "Qədim Şəki" restoranıdır. Nazirlik tərəfindən həmin obyektlərə icrası məcburi göstəriş verilib. Göstərişə əməl olunmasa, həmin obyektlərin fəaliyyəti dayandırıla bilər".(Trend)
22 Aprel, 2019 16:17 ⁄ Baxılıb: 642
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |