Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda 6 yaşlı uşaq kanalizasiya quyusuna düşərək boğulub

Bakıda azyaşlı faciəli şəkildə ölüb. Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub. Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ona)

 

22 Aprel, 2019  11:27 Baxılıb: 866

Bu bölmədə