Simsar.az | bizi özünüzə Simsar bilin
Droqba “Qalatasaray”da olmağa razıdır

Abramoviçin "hə" deməsi qalıb

“Çelsi” də razılıq verib, Abramoviçin cavab gözlənilir 

“Çelsi” klubunun hücumçusu, Fil Dişi Sahili yığmasının oyunçusu Didye Dqroqba Türkiyənin “Qalatasaray” klubuna gəlməyə razılıq verib. Simsar.az-ın ‘Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “Qalatasaray” klubunun prezidentinin müavini Adnan Öztürk söyləyib. 

Adnan Öztürk deyib ki, “Çelsi” klubunun rəhbərliyi də Droqbanın “Qalatasaray”a keçməsinə razılıq verib: “Əgər “Çelsi” klubunun sahibi Roman Abramoviç də “hə” kəlməsini dilə gətirərsə, Didye Droqba “Qalatasray” klubunun formasını geyinəcək”.

Adnan Öztürk onu da bildirib ki, Didye Droqba “Çelsi” klubunun simvoluna çevrilmiş oyunçulardan biridir: “Bu, Roman Abramovçin razılıq verməsinə son anda mane də ola bilər. Digər tərəfdən, “Çelsi”nin baş məşqçisi postuna Quss Hiddinklə bərabər, Frank Raykardın da gətiriləcəyi xəbərləri yayılıb. Lakin Didye Droqba ilə bağlı son qərarı yeni baş məşqçi yox, Roman Abramoviç verəcək”.

6 İyun, 2011  17:33 Baxılıb: 1158

Bu bölmədə