Simsar.az | bizi özünüzə Simsar bilin
Avtobus aşdı

Xaldan-Mingəçevir yolunda sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

APA-nın Şirvan bürosunun xəbərinə görə hadisə bu gecə saat 00:15 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb. 

Bakıdan Mingəçevirə edən, Mingəçevir şəhər sakini, 1956-cı il təvəllüdlü Mikayılov Qüdrət Hacımalı oğlunun idarə etdiyi 10 LU 582 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı sərnişin mikroavtobusu yağışlı havada sürüşərək yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Q. Mikayılov və mikroavtobusda olan sərnişinlər - 1964-cü il təvəllüdlü Quliyev Ələddin Mənsur oğlu, 1969-cu il təvəllüdlü Paşayev Asif Şaban oğlu və 1970-ci il təvəllüdlü Mehdiyeva Arzu Mürsəl qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

6 İyun, 2011  16:59 Baxılıb: 1836

Bu bölmədə