Simsar.az | bizi özünüzə Simsar bilin
Dolu Fizulini vurdu

Yüzlərlə ev ciddi ziyan çəkib

İyunun 5-də saat 21 radələrində Füzuli rayonuna güclü dolu düşüb, leysan yağıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, xüsusilə Horadiz şəhəri, Mirzənağılı, Əhmədalılar, Qazaxlar, Mollaməhərrəmli, Arayatlı kəndlərinə ciddi ziyan dəyib. Füzuli Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, ilkin məlumatlara görə, fəlakət nəticəsində 1000-dən artıq yaşayış evi, idarə, müəssisə və təşkilat binaları ciddi ziyan çəkib, ağaclar sınıb, küçələr sel suları ilə dolub.

Özəl və dövlət avtomobilləri, elektrik xətləri sıradan çıxıb, yüzlərlə mal-qara tələf olub.

Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir.

6 İyun, 2011  16:22 Baxılıb: 1095

Bu bölmədə