Simsar.az | bizi özünüzə Simsar bilin
Fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb

Bakıda tikintidə bədbəxt hadisə baş verib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (ONA)

 

11 Aprel, 2019  11:26 Baxılıb: 672

Bu bölmədə