Simsar.az | bizi özünüzə Simsar bilin
Düşmən Gədəbəy və Ağdamı atəşə tutub

İtki yoxdur

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən qüvvələri iyunun 5-də saat 17.35-dən 17.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyunun 6-da saat 01.00-dan 01.15-dək və 01.30-dan 01.40-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

6 İyun, 2011  14:26 Baxılıb: 1016

Bu bölmədə