Simsar.az | bizi özünüzə Simsar bilin
Abituriyentlərə xəbərdarlıq

“Abituriyent” jurnalının saxtalaşdırılan buraxılışında ciddi səhvlər və təhriflər var

Təbələ Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə xəbərdarlıq edib. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müəyyən şəxslər tərəfindən “Abituriyent” jurnalının 3-cü sayı saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb. 

Saxta jurnallarda üz qabığı orijinal nəşrə oxşadılsa da, qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilib, məlumatlar ciddi şəkildə təhrif olunub. Həmin jurnalların məzmununa görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məsuliyyət daşımır.

TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır. Əsl jurnalı saxtasından fərqləndirmək mümkündür. Orijinal nəşrdə jurnalın üzərindəki “Abituriyent” sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla bunu hiss edə bilər.

4 İyun, 2011  20:25 Baxılıb: 1101

Bu bölmədə