Simsar.az | bizi özünüzə Simsar bilin
Novruz tonqallarında 9 nəfər yanıb

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb. Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar. Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.

13 Mart, 2019  11:19 Baxılıb: 988

Bu bölmədə