Simsar.az | bizi özünüzə Simsar bilin
Havada temperatur azalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq. 

Havanın arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 4-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, səhər saatlarında duman olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

4 İyun, 2011  13:46 Baxılıb: 1039

Bu bölmədə