Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq. xarici KİV xəbər verir ki, viza üçün ərizə elektron qaydada veriləcək, məsələnin həlli bir neçə dəqiqə vaxt aparacaq. “Hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Bundan sonra isə kvota çərçivəsində elektron viza ala biləcəklər”, - sözügedən layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms bildirib. Qeyd edək ki, bu il avqustun 9-14-də həyata keçiriləcək Həcc ziyarəti üçün ərizələr artıq bir çox ölkələrdə qəbul edilib.(report)
12 Mart, 2019 16:52 ⁄ Baxılıb: 844
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |