Simsar.az | bizi özünüzə Simsar bilin
Anormallardan "normal" qərar

Əvvəl "Heydər Əliyəv muzeyi", sonra Heydər Əliyevin dostları...

AFFA-nın Mətbuat və İçtimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu qol.az saytına iyunun 6-da Azərbaycan futbolunun yüz illiyi ilə bağlı "Buta Palace"da keçiriləcək mərasimlə bağlı açıqlama verib. Departament rəhbəri tədbirdə ölkə mediasının iştirakı nəzərdə tutulmadığnı deyib. Gülməlidi. Bu insancığazlar nə etdiyini bilmir. Əvvəl "Heydər Əliyəv muzeyi"nə, sonra Heydər Əliyevin dost dediyi mətbuata hörmətsizlik...
Əslində bu qərarın qəbul olunmasında Elxan Məmmədovun rolu olsa da, onu günahlandırmaq düz olmaz. Bəs onun yanında quyruq bullayan mətbuata cavabdeh şəxslər... Belə bir məsəl var "İtdən yal almaq olmaz". İt, sahibinə nə qədər sadiq olsa da, onun yalına (yediyi qaba) əl atan sahibini qapar. Nə isə... Lətifəsi hamıdan uzaq.

İki gün əvvəl Mətbuat Şurası AFFA ilə birlikdə keçirdiyi tədbirə etirazımızı bildirəndə bəlkə orda olan media mənsubları bizi qınadı. Burda, STOP!
Biz yanılmadıq!
Mikayıl bəy Nərimanoğlu, niyə oturduğunuz kresloya hörmət etmirsiz. Sizi AFFA-da saya salan yoxdu! Bunu bilirik! Bəsdi, Elxan Məmmədov bütünə sitayiş etdin! Haram olsun sənə Azərbaycan futboluna görə aldığın "Əməkdar jurnalist" fəxri adı! Sən hansı xidmətinlə aldın bu adı? Elxan Məmmədovla birləşib idman mətbuatını ikiyə bölməklə? Heç olmasa bir dəfə özünüzdə cəsarət tapıb sizin işinizə qarışanlara etiraz edin. Bu qədər özbaşnalıq olmaz. AFFA-da adında "Mətbuat" sözü olan yeganə departament rəhbəri, evinə apardığın çörək pulu bu sözə görə deyilmi? "Mətbuat" sözünə yaxından-uzaqdan dəxli olan hər kəsə eyni gözlə baxmaq sənin işin deyilmi? Sənin kimilərə verilən pullar vətəndaşı olduğum dövlətin neftinin puludu. Haqqım var bu pullarda. Mənim payıma düşəni sənə halal etmirəm! O dünyada görüşərik. Sən də get haqqını tələb et! Dilinizin əzbəri olan “Azərbaycan futbolu inkişaf edir” şuarında danılmaz əməyi olan idman mətbuatının haqqını deyirəm.

4 İyun, 2011  05:02 Baxılıb: 1300

Bu bölmədə