Simsar.az | bizi özünüzə Simsar bilin
Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin hazırlıq planı açıqlanıb. Bu barədə AFFA-nın rəsmi saytında bildirirlir. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

N.Yurçeviç “Qarabağ” və "Neftçi” klublarının bazasında olub. Millinin baş məşqçisi hər iki komandanın baş məşqçisi – Qurban Qurbanov və Roberto Bordinlə görüşüb. Görüş zamanı milli komandaya dəvət olunacaq və namizəd hesab edilən futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.(report)

7 Mart, 2019  17:56 Baxılıb: 1289

Bu bölmədə