Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda 18 yaşlı gənc qətlə yetirilib

Bakıda qətl hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Rayonun Atatürk prospekti, ev 2a-nın qarşısında Ağstafa rayonunun Dağ Kəsəmənli sakinləri, 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Keçirilən istintaq əməliyyat təsbirləri nəticəsində R.Murğuzov saxlanılıb.(Trend)

24 Dekabr, 2018  12:19 Baxılıb: 1322

Bu bölmədə