TEATR RƏHBƏRİSİZ, BƏS BAŞQA TEATRLARA GEDİRSİZ?
Simsar.az onlardan sonuncu dəfə baxdıqları tamaşaların adını öyrəndi Simsar.az yarandığı gündən mədəniyyətə, elm və təhsilə daha geniş yer ayırır. Növbəti sorğumuzun istiqaməti mədəniyyət ocağı olan teatrlaradır. Öyrənmək istədik ki, teatr rəhbərləri axırıncı dəfə hansı teatrda, hansı tamaşaya baxıblar və özlərinin direktoru olduqları teatrdan başqa bəyəndikləri, tamaşalarını izlədikləri mədəniyyət ocağı varmı? “Axır vaxtlar ən çox getdiyim teatr Gənc Tamaşaçılar Teatrıdır” Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev: - Axır vaxtlar ən çox getdiyim teatr Gənc Tamaşaçılar Teatrıdı. Ona görə ki, o teatrın tamaşaları həmişə məni açır. Axırıncı dəfə bu teatrda Mark Tvenin “Olver Tvist” tamaşasaına baxmışam. Dram Teatrındakı son təmir işlərindən sonra orada tamaşaya baxmağa getməmişəm. Amma mütləq gedəcəm. Yuğ Teatrına da getmək istərdim. Başqa teatrlara tez- tez tamaşalara baxmağa getməməyimizə səbəb, eyni vaxtda bizim teatrda da tamaşaların olmasıdır. “Teatrlar primyeralara dəvət edəndə məmuniyyətlə gedirəm” Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov: - Bu yaxınlarda Dram Teatrında tamaşaya baxmışam. Vaxt olsa, bütün teatrlardakı tamaşalar baxmağa gedərəm. Ancaq teatrlar primyeralara dəvət edəndə məmnuniyyətlə gedirəm. Bəzi teatrlar bizdə tamaşa qoyduqları üçün mən onlara baxıram. Məsələn, iyunun 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrı ulu öndər Heydər Əliyevə həsr olunan tamaşanı bizim teatrın binasında səhnəyə qoyacaqlar. O tamaşaya mütləq baxacam. “Evlənmə” tamaşasına baxmışam” Azərbaycan Dövlət Dram Teatrının direktoru İsrafil İsrafilov: - Axırnıc dəfə Musiqili Komediya Teatrında Bəhram Osmanovun quruluş verdiyi “Evlənmə” tamaşasına baxmışam. ““Simsar” Plastik Teatrının “Vaqa” adlı tamaşasına baxmışam” “Simsar” Plastik Teatrının direktoru İradə Nurəddinqızı: - Pontamima Teatrının tamaşasına baxmışam, adı yadımda qalmayıb. Axırıncı dəfə isə Gənc Tamaşaçılar Teatrınnın səhnəsində quruluş verilən “Simsar” Plastik Teatrının “Vaqa” adlı tamaşasına baxmışam”.
Körpəm Teatrının direktoru İntiqam Sultan:
3 İyun, 2011 22:00 ⁄ Baxılıb: 1908
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV |