Elçin Əlibəyli pulsuz tədris elan etdi
Simsar.az xəbər verir ki, teleaparıcı Elçin Əlibəyli öz "facebook" səhifəsində televiziya sahəsində çalışmaq istəyənlərə müraciət edib. "Gənclərin nəzərinə! Televiziya (yutub) aparıcılığı, redaktorluğu və prodüserlik sənətlərinin fərdi, pulsuz tədrisini təklif edirəm. Tədris iki gün nəzəri, üç gün praktik aparılacaq. Aparıcılıq üzrə 2 nəfər, redaktorluq 1 nəfər, prodüserlik üçün 1 nəfər yer nəzərdə tutulub. Arzu edənlər özləri haqqında altı cümlədən ibarət ətraflı məlumat və CV elchinalibeyli@gmail.com ünvanına yollaya bilərlər. Bircə tələb istənilən xarici dili anlamaq səviyyəsində bilməkdir. Buyurun, sizi gözləyirəm."
10 Oktyabr, 2018 13:00 ⁄ Baxılıb: 1424
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |