“Toppuş bacı” üçün 60 min pul yığıldı
Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva üçün “Bizimləsən” verilişində xeyriyyə marafonu başlamışdı. Başladığı gündən etibarən müzakirələrə səbəb olan marafon artıq yekunlaşıb. Xəstəliyinə görə, işləmək məhdudiyyəti qoyulan “Toppuş bacı” üçün 60 min pul yığılıb. Məsələ ilə bağlı müsahibə verən aktrisa bildirib ki, xoşbəxtdir: “Xoşbəxtliyimin pikindəyəm. Kəndimizə gedəcəm ki, təmiz hava alım. Mənə kömək edən hər kəsə təşəkkür edirəm. Evi olmayanlara Allah ev qismət etsin”. Qeyd edək ki, Tünzalə Əliyeva bir neçə müddətdir Milli Onkologiya Mərkəzində müalicə alır.(Oxu.az)
10 Oktyabr, 2018 12:08 ⁄ Baxılıb: 1224
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |