Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda kişi arvadını qətlə yetirdi

Virtualaz.org-un məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində 1983-cü il təvəllüdlü Xosrov Məmmədov həyat yoldaşı-33 yaşlı Əfsanə Məmmədovanı bıçaqla öldürüb. X.Məmmədov hadisədən sonra polisə təslim olub.

Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

8 Oktyabr, 2018  15:58 Baxılıb: 1288

Bu bölmədə