Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün “Müəllimlər günü"dür

Məktəbdə heç nə öyrənmədim deyənlərə ən azı əlifbanı öyrədən müəllimlərin də bayramıdır desək yerinə düşər. “Müəllimlər günü”nün məhz oktyabr ayının 5-də keçirilməsi heç də təsadüfi deyil. Belə ki, 1966-cı ilin bu günündə müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanır. Sənəd YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda imzalanır. Müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutan 5 0ktyabr yalnız Azərbaycanda yox, dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Onu da qeyd edək ki, bəzi ölkələrdə müəllimlər günü milli səviyyədə qeyd edilir. Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində “Müəllimlər günü” qeyd olunur.

Müəllimlərə bu günün xüsusiliyini vurğulamaq üçün müxtəlif hədiyyələr təqdim edilir.

Bəs siz öz müəlliminizi təbrik etmisiz?

Simsar.az kollektivi olaraq bütün müəllim adına layiq olanları təbrik edirik!


5 Oktyabr, 2018  11:10 Baxılıb: 393

Bu bölmədə

27 Noyabr, 2018
Sabahın HAVASI
15 Noyabr, 2018
Havada bulud olacaq