Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimlinin müşaviri cəzalandırıldı

O, 40 minindən keçməli olacaq

Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protesti və təqsirləndirilən şəxslərdən - Racu Mehrəliyevlə Elnur Mirzəliyevin apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə prokurorluğun verdiyi protestin təmin olunması barədə qərar qəbul olunub. Məhkəmə apellyasiya şikayətini isə təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin zərərçəkmiş tərəfə 40 min dollar - ümumilikdə 200 min dollar ödəməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Onu da qeyd edək ki, prokurorluq hökmün bu hissəsi üzrə apellyasiya protesti verib. Bakı şəhər Prokurorluğu həmin hissənin ittihama salınmasını istəyirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehrəliyev və Elnur Mirzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs Hüseyn Qurbanovun isə əvvəldən çəkilməmiş qalan cəzası ilə yeni cəza toplanmaq yolu ilə barəsində 10 il 10 ay 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

3 İyun, 2011  21:16 Baxılıb: 1233

Bu bölmədə