Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı-Qazax yolunda avtomobil aşıb
Kürdəmir rayonunda yol qəzası baş verib. "Report'un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Abşeron rayonu Novxanı qəsəbə sakini, 1995-ci il təvəllüdlü Əliyev Hüseyn Ərəstun oğlunun idarə etdiyi 99 MR 674 dövlət qeydiyyat nişanlı "Wolksvagen Passat" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
3 Oktyabr, 2018  12:12 Baxılıb: 928

Bu bölmədə