![]() |
Vasif Talıbov dindarlara maşın hədiyyə etdi - Foto
Naxçıvanda dini icmalar üçün xidməti avtomobillər verilib. Simsar.az “Qafqazinfo” - ya istinadən xəbər verir ki, maşınlar Babək qəsəbəsində məscid və mərasim evinin istifadə verilməsi zamanı təqdim olunub. Açılışda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. “Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub”. Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür edib. Sonda V. Talıbov Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.
3 Oktyabr, 2018 09:33 ⁄ Baxılıb: 350
Bu bölmədə13 Dekabr, 2018 Valideynlər üçün faydalı seminar keçiriləcək27 Noyabr, 2018 Sabahın HAVASI27 Noyabr, 2018 2019-cu il dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi21 Noyabr, 2018 Sabah yağış və qar yağacaq15 Noyabr, 2018 Havada bulud olacaq |