Simsar.az | bizi özünüzə Simsar bilin
Metro qatarları gecikir - SƏBƏB

Bakı metrosunda sərnişin qatar relsinə yıxılıb. Bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün saat 12:55-də baş verib:

"İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Hadisə qatar stansiyada olmadığı vaxt baş verib. Dərhal qatar yolundan gərginlik ayrılıb. Hazırda sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız".(trend)

16 Mart, 2018  14:23 Baxılıb: 1057

Bu bölmədə