Hərbi paradda hansı silahlar nümayiş olunacaq-Siyahı
Silahlı Qüvvələr günü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda Azərbaycan hərbi sənayesinin məhsulları da ictimaiyyətə nümayiş olunacaq. Apa-nın məlumatına görə, paradda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş silah və texnikalar xüsusi təqdimatla keçəcək. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, paradda hərbi texnika keçidində MSN-in Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi 6 və ya 8 ədəd «Matador» və «Marauder» tipli (3 və ya 4 «Matador» və eyni sayda «Marauder») minaya qarşı qorumalı transportyor tribunanın önündən keçid edəcək. Bu texnikalar Azərbaycanın istehsal etdiyi silahlarla silahlandırılıb. Paradda keçid zamanı texnikaların texniki-taktiki xüsusiyyətləri barədə məlumat veriləcək.
3 İyun, 2011 19:25 ⁄ Baxılıb: 1437
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |