Qurban Qurbanov milli komandaya 24 futbolçu dəvət edib
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov heyətə 24 futbolçu cəlb edib. Bu oyunçular martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz ayın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”); Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya); Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).(apa)
15 Mart, 2018 11:36 ⁄ Baxılıb: 1823
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |