Simsar.az | bizi özünüzə Simsar bilin
Salyanda ağır yol qəzası: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb. Yaralı - Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Faktla araşdımalara başlanılıb.

12 Mart, 2018  19:40 Baxılıb: 1344

Bu bölmədə