Simsar.az | bizi özünüzə Simsar bilin
Məhbus öldü

Onun beyninə qan sızıb

Bakının Sabunçu rayonu ərazisində yerləşən istintaq təcridxanasında ölüm hadisəsi baş verib. Rayon prokurorluğundan milli.az xəbər portalına verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasının tibbi sanitar qovşağında təqsirləndirilən, 43 yaşlı Cəlilabad sakini İlham Həşimovun meyiti tapılıb. Meyit təcridxananın nəzarətçiləri tərəfindən səhər saatlarında aşkarlanıb. Meyitin müayinəsi zamanı onun beyinə qan sızması nəticəsində öldüyü müəyyən edilib. 

Mərhum İ.Həşimov Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik maddə saxlama, gəzdirmə və satma (234.1) maddəsi ilə təqsirləndirilirdi. Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

3 İyun, 2011  18:32 Baxılıb: 1078

Bu bölmədə