Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstanın baş naziri Bakıda

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.Simsar.az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Giorgi Kvirikaşvilini Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

12 Mart, 2018  13:34 Baxılıb: 1018

Bu bölmədə