Simsar.az | bizi özünüzə Simsar bilin
Respublika Narkoloji Mərkəzində yanğın baş verib - ölən var

Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğın zamanı 1 nəfər ölüb. Meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biri olduğu və hazırda şəxsiyyətinin  məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri hadisə yerinə cəlb olunublar.

 

***07:16

 

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də "təcili tibbi yardım" briqadaları cəlb olunub. Yanğınsöndürmə işləri davam edir. Binada xəstələr var, hazırda onların təxliyyə prosesi gedir.

2 Mart, 2018  09:42 Baxılıb: 1406

Bu bölmədə