Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva: "O qədər ağılsızsınız ki..."

Millət vəkili Qənirə Paşayeva haqqında şər - böhtan xarakterli yazılar yazan media qurumlarına cavab verib. O bu barədə öz facebook səhifəsində yazıb.

"Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əlehimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdi. Nə deyim... Allah sizə ağıl versin. O qədər ağılsızsınız ki ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır əlehimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əlehimə bu cür şər-böhtanları yayma fəaliyyəti. Adinizi açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmama belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı. Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının sizinlə foto çəkdirəcəm deyərək qəfil kənardan çəkdiyi bir selfi fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əlehimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm. Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də... Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da... Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də... Özünüzü bu qədər gülünc yerinə qoymayın."

1 Mart, 2018  10:42 Baxılıb: 1312

Bu bölmədə