Simsar.az | bizi özünüzə Simsar bilin
"Mənəvi-psixoloji rifahın insan həyatında rolu" adlı seminar keçirirlib

"Mənəvi-psixoloji rifahın insan həyatında rolu" adlı seminar keçirilib. Məcid Məcidlinin təşkilatçılığı ilə keçirilən seminarda sosiaoloq Cavid İmamoğlu "21-ci əsrdə mənəvi böhranın başlıca səbəbləri" adlı məruzəsində xüsusilə intiharların artmasının səbəbini daha çox təliğ olunmasında gördüyü söylədi. "Bu məsələdə bir-birimizə dəstək olmalıyıq. İntihar mesajları verən şəxsləri anlayıb onları müxtəlif üsullarla bu yoldan çəkindirməliyik".

İlahiyyatçı alim Hacı Şahin Həsənli isə "İntiharın sosial və psixoloji səbəbləri" mövzusundakı çıxışında, KİV-ləri qınayaraq bu tip xəbərlərin yaxşı bir xəbər kimi təqdim olunmasının əleyhinə olduğunu bildirdi. "İntihar halları dünyanın inkişaf etmiş ölkələrində də var. Düşünürəm bu problemi aradan qaldırmaq üçün cəmiyyətdə keyfiyyətli ideal insanlarin çoxluğuna ehtiyac var."

Çıxışlardan sonra tədbir ekspertlərin verilən sualları cavablandırılması ilə davam edib.

Cəmilə Məmmədova

 

26 Fevral, 2018  12:19 Baxılıb: 1269

Bu bölmədə