Azərbaycanda bu sahədə də artım var
2018-ci ilin yanvarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 31,5 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2017-cı ilin yanvar ayı ilə müqayisədə 22,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatda deyilir. Qeyd olunur ki, ötən ay Azərbaycanda 173,8 min ton sement (2017-cı ilin yanvar ayı ilə müqayisədə 28,2 faiz artım), 3,34 min ton tikinti əhəngi (33,1 faiz artım), 2,8 min ton asfalt (8,2 faiz artım), 22,7 min kubmetr kərpic (2,4 dəfə artım), 78 min ton hazır beton qarışığı (6 dəfə artım) istehsal olunub.
23 Fevral, 2018 23:23 ⁄ Baxılıb: 1036
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |