Simsar.az | bizi özünüzə Simsar bilin
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub. Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova KİV-ə bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

O qeyd edib ki, Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

22 Fevral, 2018  18:26 Baxılıb: 1066

Bu bölmədə