Simsar.az | bizi özünüzə Simsar bilin
Pirallahıda su olmayacaq

Bakı şəhəri, Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

30 Yanvar, 2018  12:14 Baxılıb: 1273

Bu bölmədə