Simsar.az | bizi özünüzə Simsar bilin
Şirvanda yanğın olub - ölən var

Şirvan şəhərində yanğın baş verib, ölən var. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış meyiti aşkarlanıb. Yanğın söndürülüb.(trend)

11 Dekabr, 2017  10:32 Baxılıb: 1562

Bu bölmədə