Simsar.az | bizi özünüzə Simsar bilin
Hava barəsində bəd proqnoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

Arabir güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 3-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 8-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, iyunun 3-də güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

3 İyun, 2011  14:14 Baxılıb: 1132

Bu bölmədə