Simsar.az | bizi özünüzə Simsar bilin
Sədaqət Arifqızı Mətbuat Şurasına müraciət etdi: “Sifarişli, qərəzli yazılara son qoyulsun!”

Tanınmış bəstəkar Sədaqət Arifqızı və onun ailəsi haqqında son zamanlar mətbuatda xoşagəlməz yazılar dərc olunur. Belə ki, xanım bəstəkarın kürəkəni  və oğlu haqqında sifarişli yazılar tirajlanaraq ailəsinin nüfuzdan salmaq istədiklərini söyləyən bəstəkar artıq bu haqsızlığa dözmədiyini bildirib. Simsar.az –a  açıqlamasında S.Arifqızı bu cür sifarişli və qərəzli yazıların arxasında onun bacısı Gülər İbrahimova (Dr.Gülər UZİ) və onun ailəsinin dayandığını deyib.

“Guya oğlum Ağası Hüseynov  2015 - ci ildə adam döyüb. Hadisə isə tamam başqa cür olub. Mənim oğlum ailəsi ilə maşında yol gedərkən, qəfildən bir taksi maşını yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq oğlumun maşınının üstünə sürüb. Hadisə yerində yol polisi də olub.  Həmin yol polisi məsləhət görüb ki bu sifarişli işə oxşayır, ona göprə də polis çağırmaq lazımdır. Hətta maşında gəlinim və nəvəm də olub.  Maşından düşüb məsələni aydınlaşdırmaq istəyən oğluma taksi sürücüsü tərəfindən təzyiq olunub, oğlum da özünü müdafiə edib. Sonra da polisə müraciət edilib. Hadisənin şahidləri Fuad və Taleh İbrahimov qardaşları olub. Əgər mənim oğlum özünü müdafiə etmək məqsədilə o taksi sürücüsünə bir yumruq vurubsa,  T. İbrahimov da 2 təpik vurub. O prosesdə şər və böhtan tipli çox şeylər var. Guya oğlumun atası, qaynatası gəlib saxta sənəd gətiriblər. Əslində isə bütün bu deyilənlər cəfəngiyatdır. O qardaşlar şahid olaraq ifadələrində taksi sürücüsünü taxsırkar və Ağası Hüseynova ilk hücum etdiyini bildirib imzaları ilə də təsdiqləyiblər. Hazırda həmin hadisə ilə bağlı iş davam edir. Hadisədən sonra isə oğlum köçüb Amerikaya gedib”.

Sədaqət  xanım qeyd edir ki, bacısının oğlu F.İbrahimovun qərəzi bu hadisıdın də əvvəl yaranıb. Belə ki, F.İbrahimov əvvəl ev iddiası ilə A.Hüseynovu məhkəməyə verib: “ Guya oğlumun 4 otaqlı mənzili ona məxsusdur. İddia edir ki, sözügedən mənzil alınanda pulunu o verib. Bu ağ yalandır. Ev oğlum Ağası Hüseynova məxsusdur, qanuni olaraq mülkiyyətçi odur. Sadəcə oğlum ev axtarışında olanda həmin evi F.İbrahimov yəni bacımın oğlu tapıb. Həmin vaxt oğlumun başı çox qarışıq olduğundan alqı-satqı işləri ilə məşğul olmağı xalası oğlu Fuada tapşırıb. Bu gün də bundan sui istifadə edir.  143.000 manat dəyərində olan  ev üçün oğlumdan 165.000 manat  pul alıb . Ortada 22.000 manat da ozü üçün xeyir götürüb, kobud şəkildə desək dolandırıcılıq edib. Mənzil rəsmi qaydada sənədlərlə oğlumun adınadır. Sonra da oğlum Amerikaya köçməli oldu. İndi də bu adam iddia edir ki, pulu satan tərəfə mən ödəmişəm. Hətta yalançı şahidlər də tuturlar bu işlə bağlı. Evi satan xanımı da öyrədib məhkəyə şahid kimi çıxartdılar ki, denən mən alqı-satqı işini Fuadla etmişəm.  Halbuki sənədləşmə Ağasınin adına olub.  Məhkəmədə də sənədləşmənin Ağası Hüseynovun adına aparıldığı deyiləndə isə xanımın deməyə sözü olmayıb.”

Ağası Hüseynov

Bəst əkarın sözlərinə görə məhkəməyə başqa yalançı şahidlər də gətirilər ki, ev A. Hüseynovun adına olsa da pulu guya Fuad odəyib. Yalançı şahidlərin isə  F.İbrahimovun qaynatası və qaynı olduğunu deyən Sədaqət xanım bildirir ki, F.İbrahimov iddia edir ki, guya oğlu A.Hüseynov  ona və onun qaynatasına pul borcludur.  “Əvvəla mənim oğlum yaxşı vəzifələrdə çalışıb, özünün şəxsi biznesi olub, həmişə maddi durumu yaxşı olub. Belə bir adam necə ola bilər xalası oğlunun 75 yaşlı təqaüdçü  qaynatasından 50.000 manat borc pul alsın. O təqaüdçü yaşlı adamda o qədər pul hardandır? F.İbrahimov özü Ekologiya Nazirliyində adi bir işçi olub, sonra da böyük biabırçılıqla ordan işdən qovulub. Onun bu qədər pulu hardan ola bilər ki, oğlum da ondan borc pul götürsün? İddialarından biri də mənim keçmiş həyat yoldaşımla bağlıdır. Qeyd edim ki, övladlarımın atası, keçmiş həyat yoldaşım da nüfuzlu ziyalıdır. Uzun illər yüksək vəzifələrdə işləyib. Guya o da İbrahimovlara 60.000 manat pul borcludur. Mən yoldaşımdan 20 il əvvəl ayrılmışam. O zaman da F.İbrahimovun 25 yaşı var idi. 25 yaşlı oğlan yüksək vəzifələrdə işləyən, maddi durumu həmişə yaxşı olan insana necə borc verə bilər? Bacım Gülər İbrahimova da hər yerdə şantaj və böhtanlar yağdırır. Bir müddət əvvəl hədəf kürəkənim və qızım idi. İndi də oğluma keçiblər.  Guya sözügedən taksi sürücüsü mənim evimə gəlib danışmağa, mən də onu "çuşkalar" deyərək qapımdan qovmuşam. Mən ziyalı insanam, mənim leksikomumda o tip sözlər yoxdur ola da bilməz.  Bundan əlavə, guya mən hardasa yazmışam ki, kürəkənim prezidentliyə namizəd yeganə insandır. Harda yazılıb bu? Bu böhtana görə  mən onları məhkəməyə verəcəm. Boş yerə danışmaqla deyil, sübut eləsin, edə bilmirsə,  qanun qarşısında böhtana görə məsuliyyətə cəlb edilsin.

Fuad Ibrahimov

Bəstəkar açıqlaması zamanı onu da biıldirib ki, sözügedən iddialar məhkəmə orqanlarında araşdırılır. Məhkəmə prosesləri gedir, ədalət isə hələ son sözünü deməyib.  Oğlunun günahsız olduğunu əminliklə deyən S.Arifqızı   bildirib ki, İbrahimovlar ailəsi bəzi saytlara iri həcimli böhtan yazılar yazdiırırlar. “Şükürlər olsun mənim ailəmdə nə narkoman, nə oğru , nə də dolandırıcı  yoxdur. Biz yalandan, yığma komandadan ibarət "ailə" düzəltməmişik.  Biz sözün əsl mənasında mükəmməl bir ailəyik.  Dava oğlumladırsa, anasının adı niyə həmin sifarişli yazılarda hallanır, şəkilləri ilə birgə?  Hansı cinayətkarın, günahkarın yaxud məsuliyyətə cəlb olunanın anası, yoldaşı, övladları gündəmə gətirirlir? Lap tutaq ki, mənim oğlum hansısa taksi  sürücüsünə  təzyiq göstərib. Bunun haqqında məqalə yazanda mənim şəklimi niyə verirlər? Nəvəmin "Çırağan" otelin qarşısında şəklini götürüb sayta veriblər, altından da yazıblar ki, Fuad Axundovun Londondakı dəbdəbəli evi. Oğlum Amerikada bina evində yaşayır özü də kirayə. Götürüb bir villanın şəklini yerləşdirirlər ki, Ağası Hüseynovun Amerikadakı villası. Mənim şəklimi verib altından da yazırlar ki, Bu da Sədaqət Arifqızı Ağası Hüseynovun anasıdır. Yaxşı mənim oğlum hansısa sürücünü döyüb, bəs bura mənim mahnılarımın nə aidiyyatı var? Məqalədə yazılıb ki, bayağı mahnıların müəllifi. Əgər iddia və şikayətləriniz oğlumdan yaxud kürəkənimdəndirsə, onlardan yazın, mənim mahnılarımdan niyə yazırsız? 4 yaşında uşağın bu yazılara nə aidiyyatı var ki, nəvəmin də şəklini yerləşdirirsiz?  Mən elə burdan sizin saytınız vasitəsilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova müraciət edirəm. Xahiş edirəm ki, bu məsələyə obyektiv yanaşaraq ailəm haqqında sifarişli, şər-böhtan xarakterli yazılar yazan mətbuat orqanlarına, saytlara xəbərdarlıq etsin. İnanıram ki, Ə.Amaşov həmişə olduğu kimi bu məsləyə də biganə qalmayıb həmin sifarişli yazılar yazan saytlarla bağlı ölçü götürəcək. Mən özüm də şəxsən həmin saytların rəhbərlərinə ciddi xəbərdarlıq edirəm. İcazəmiz və xəbərimiz olmadan ailə fotolarımızı tirajladığınıza, haqqımızda sifarişli, şər-böhtan xarakterli yazılar dərc etdiyinizə görə hüquq-mühafizə  orqanlarına müraciət edəcəyik. Bu dərəbəyliyə son qoysunlar! Hüquqi dövlətdə yaşayırıq, biz də hüquqlarımızı çox gözəl bilirik. Bütün işlər məhkəmə prosesindədir. Ədalət öz sözünü deyəndən sonra qərəzsiz şəkildə qərar barədə yaza bilərlər.  Mən eyni zamanda məhkəmə strukturlarından da xahiş edirəm, bu proseslər başa çatmamış mətbuatda işıqlandırılmasına qadağa qoyulsun.  Çünki mənim ailəm nüfuzdan salınır.  Mənim səhhətimdə kifayət qədər problemlərim var . Bu qərəzli yazılar səhhətimə də mənfi təsir göstərir. Yaradıcı insanam, sənətimlə məşğul ola bilmirəm.”

Açıqlamanın sonunda isə bəstəkar S.Arifqızı bildirib ki, bu hadisələrin kökündə həsəd və  paxıllıq dayanır. “Onlar mənim və övladlarımın uğurlarını həzm edə bilmirlər. Bəlkə də düşünərlər ki, bu necə bacılıqdır? Amma artıq susmayacam.  Gülər İbrahimova heç  övlad kimi atasına, anasına dəyər verməyib.  Əgər doğrudan da mənim oğlumun borcu olsa, evimi satıb o borcu ödəyərəm. Amma bu böhtandır!”

İradə Nurəddinqızı

 

 

17 Noyabr, 2017  13:16 Baxılıb: 2880

Bu bölmədə