Simsar.az | bizi özünüzə Simsar bilin
Oğurluq edərək ölkəni tərk etmək istədi

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edərək ölkə hüdudlarını tərk etməyə cəhd göstərən şəxs "isti izlər" lə saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov məlumat verib.

Belə ki, oktyabrın 24-də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Aşağı Tala kənd sakini A.Hacıyev evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Araşdırmalarla müəyyən edilib ki, evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyaları oğurlanıb.“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə kənd sakini Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Baxış zamanı üzərindən çıxan oğurluq qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Ətrafında aparılan tədbirlərlə onun həmin kənddə daha 2 evdən də qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla əlaqədar Zaqatala RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb

26 Oktyabr, 2017  11:13 Baxılıb: 348

Bu bölmədə