Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalistlər ücün evlərin təməli bu ay qoyulacaq

Media nümayəndələri ücün inşa ediləcək binanın təməli iyun ayının sonlarına qədər qoyulmalıdır.

Simsar.az -ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov verib.

O bildirib ki, binanın inşası ilə bağlı sənədlərin ekspertizadan keçməsi məsələsində bir qədər gecikmə var.

“Bizdən asılı olan işlərin hamısını həyata kecirmiışik. Amma təsəvvür edin, 18 mərtəbəli binanın hər bir mərtəbəsi ayrılıqda nəzərdən kecirilir. Bu kifayət qədər vaxt aparan prosesdir. Bununla belə hesab edirəm ki, binanın təməlqoyma prosesi bu ay həyata keciriləcək”.

V.Səfərli binanın iki ildən tez hazır olacağını düşünmədiyini də deyib:

“Çünki bu binanın yüksək standartlara uyğun inşa edilməsi və tam təmirli şəkildə jurnalistlərə verilməsi nəzərdə tutulub”.

3 İyun, 2011  04:54 Baxılıb: 1242

Bu bölmədə