Qrızda 9 sm hündürlüyündə qar yağıb
Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub. Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.
17 Oktyabr, 2017 11:02 ⁄ Baxılıb: 1338
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |