Simsar.az | bizi özünüzə Simsar bilin
Vitrində bir qiymət, kassada başqa qiymət: bu dəfə “Araz” marketdə - FOTOFAKT

Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib. “Yeniavaz.com”un məlumatına görə, “Araz” marketdən “Roshen karovka” konfeti alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşıb. Belə ki, vitrində qiyməti 4 manat 70 qəpik olan konfetin 280 qramı 1 manat 32 qəpik olsada, kassada konfetin qiyməti 5 manat 40 qəpik çıxıb.

Qeyd edək ki, dəfələrlə mətbuatda marketlərin müştəriləri aldatması faktı işıqlandırılsada bu problem həll olunmur.

3 Oktyabr, 2017  11:56 Baxılıb: 1715

Bu bölmədə