Simsar.az | bizi özünüzə Simsar bilin
Qubada fəhləni elektrik cərəyanı vurub

Bərdədən Qubadakı Qırmızı qəsəbəyə işləməyə gələn fəhləni elektrik cərəyanı vurub. 1994-cü il təvəllüdlü, Məmmədəliyev Məmmədalı Gəray oğlu, Bərdə rayonu Ləmbəran kəndindən Quba rayonu dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə fəhlə işləməyə gəlib. İş zamanı onu elektrik cərəyanı vurub. O, yaralı vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə qəbul olunub. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq -mühafizə orqanlarında araşdırma aparılır.(report)

7 İyul, 2017  14:37 Baxılıb: 1293

Bu bölmədə